
Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında müxalifət lideri Aleksey Navalnının azadlığa buraxılmasını tələb edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
“Prezident Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına uyğun olaraq, Aleksey Navalnıya qarşı sui-qəsddən bir il sonra onu azad etməyə çağırıb”, – rəsmi açıqlamada deyilir.
Qeyd edək ki, Fransa və Rusiya liderləri Qarabağdakı vəziyyəti də müzakirə ediblər.