
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Azərbaycanla sərhəddəki vəziyyətə toxunaraq, durumun sabit olduğunu, məsələnin diplomatik səviyyədə həlli istiqamətində işlər aparıldığını deyib.
Gununsesi.info-nun məlumatına görə, Artak Davtyan bildirib:
“Vəziyyət ümumiyyətlə sabitdir, əhəmiyyətli dəyişikliklər yoxdur. Azərbaycan hərbçilərinin geri çəkilməsinə gəlincə, bunun üçün diplomatik səviyyədə danışıqlar aprılır. Ümid edirik ki, məsələ həll olunaca”.
Ermənistanla Azərbaycan arasındakı sərhəddə ərazi mübahisələri var. Ermənistan hələ ki sərhədlərin demarkasiyası və delimitasiyasının aparılması ilə razılaşmır.
Azərbaycan hərbçiləri hazırda Şərqi Zəngəzurdakı Qaragöl bölgəsində – tarixi torpaqlarımızdadırlar. Bənzər vəziyyət Göyçə bölgəsində də hökm sürür. Digər gərginlik ocağı Vedi rayonunun Arazdəyən kəndi yaxınlığındadır.
Vətən müharibəsindən sonra bu ərazilərdə vaxtaşırı mübahisələr, atışmalar baş verir, nəticədə ölüm və yaralanmalar olur.
Gununsesi.info