
ABŞ Prezidenti Co Bayden və Fransa lideri Emmnuel Makron arasında telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, tərəflər Əfqanıstandakı vəziyyəti, həmçinin iki ölkənin vətəndaşlarının Kabil hava limanından təxliyəsini müzakirə ediblər:
Prezidentlər, həmçinin gələn həftə Əfqanıstanla bağlı G7 sammitinin keçirilməsi üzrə planları alqışlayıblar.