
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində yeni təyinat olub.
Gununsesi.info xəbər verir ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə şəhər bölgəsi üzrə yeni şöbə müdiri təyin olunub. Bu vəzifəyə Məmmədov Həsən Surxay oğlu təyin edilib.
Qeyd edək ki, Həsən Məmmədov uzun illər Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini işləyib. Bu müddət ərzində Gəncə şəhərinin ictimai-siyasi həyatında fəal iştirakı ilə seçilib. 2015-ci ildə Prezident İlham Əliyevin müfaviq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.