Avropa Şurası 2022-ci il üçün illik cəza statistikasını açıqlayacaq

  • By admin
  • 23 İyun 2023 12:37

Avropa Şurası 2022-ci il üçün illik cəza statistikasını dərc edəcək .

Bu barədə Gununsesi.info-ya qurumdan verilən məlumatda bildirilir.

HTML tutorial

Məlumata görə, bu statistikaya Avropadakı məhbusların sayına dair ölkə üzrə məlumat daxildir ( SPACE I ).

Lozanna Universiteti tərəfindən Avropa Şurası üçün hazırlanan hesabatda məhbusların sayı, həbs nisbətləri, həbsxana sıxlığı, yaşı, cinsi, əcnəbi məhbuslar, həbs müddəti, məhbusların hansı cinayətlərə görə mühakimə olunduğu barədə 48 həbsxana administrasiyasının məlumatları var.

Qeyd edək ki, siyahıda Azərbaycan da var.

Ötən illər açıqlanan hesabatda Azərbaycanda məhbusların sayı digər ölkələrdən çox olub.

 

Günel

Gununsesi.info