Britaniyanın yeni kralının doğum günü Bakıda da qeyd olundu

  • By admin
  • 23 İyun 2023 09:08

Böyük Britaniya və Şimali İrlandiyanın yeni kralı III Çarlz-ın doğum günü Bakıda da qeyd olunub. 

Gununsesi.info-nun xəbərinə görə, adıçəkilən ölkənin səfirliyinin təşkil etdiyi məclisdə Azərbaycan hökumətinin,  Milli Məclisin,  ictimai-siyasi təşkilat rəhbərlərinin, media təmsilçilərinin və diplomatik korpus nümayəndələrinin qatıldığı mərasimdə səfir Fergus Auld Azərbaycan dilində çıxış edib:

HTML tutorial

”Bu nitq tamamilə Azərbaycan dilində edilən ilk Britaniya milli günü çıxışıdır. Mənim əvvəllki peşəm müəllim idi, büna görə də xahiş edirəm diqqətlə qulaq asın və hər hansı bir səhvim olubsa, sonra mənə deyərsiz.

Mən səfir kimi birinci ilimi demək olar ki, başa vurdum. Bu il mən bir çox möhtəşəminsanla tanış oldum və ilk dəfədir ki, bu gözəlölkənin regionlarını gəzdim.

Böyük Britaniya və Böyük Britaniyanın Bakıdakı səfirliyi ilə dostluğunuza görə hər birinizə təşəkkür edirəm. 

Geridə qalan il, ancaq şəxsən mənim üçün yox, həm də Böyük Britaniya və Azərbaycan üçün bir çox İlklərin ili oldu.

Bu il May ayında Westminster Abbey yetmiş ildə ilk tacqoyma mərasimimizi keçirdi.

Keçən sentyabr ayında Abbey mərhum Ülyahəzrət Kraliça İkinci Yelizavetanın rəsmi dəfn mərasimini keçirdi. Zati-aliləri Prezident Əliyevin başsağlığı kitabımızı imzalamaq üçün tarixdə ilk dəfə səfirliyimizə gəlməsiməni şərəfləndirdi.  Xanım spiker Sahibə Qafarovanın da hər iki mərasimdə iştirakını biz yüksək qiymətləndiririk.

Keçən ay biz Londonda, məşhur Viktoriya və Albert muzeyində Heydər Əliyevin anadan olmasının yüzüncü ildönümünə həsr olunmuş möhtəşəm konsertə şahidlik etdik.

Bu həftə, mən cənab nazir Bayramovun xarici işlər naziri kimi Böyük Britaniyaya ilk səfərini görməkdən məmnun oldum – biz beşinciAzərbaycanla Strateji Dialoqumuzu keçirtdik.

Xaricdə təhsil üzrə yeni Dövlət Proqramının birinci ili üçün Böyük Britaniya universitetlərinin ən populyar yer olması məni sevindirir. Bu proqramla yüz yetmiş üçazərbaycanlı tələbə Böyük Britaniyanın otuz beş müxtəlif universitetində təhsil alır.

Əlavə də, bu ay Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Warwick Universiteti arasında ilk Britaniya-Azərbaycan ikili diplom proqramı üzrə razılıq əldə olunub. Bu proqram tələbələrə bərpaolunan və dayanıqlı enerji üzrə magistr dərəcəsi üzrə ikili diplom almağa imkan verəcək.

Bu ay, baş nazirin ticarət elçisi Baronessa Nikolson Azərbaycana ilk dəfə deyil, doqquzuncu dəfədir ki, səfər etdi. O Prezident Əliyev və digər rəsmilərlə münasibətlərimizin vacib məqamlarını müzakirə etdi, o cümlədən cenab nazir Şahbazov.

Ötən il Cənab Nazir Şotlandiyada qabaqcıl üzən dəniz külək layihəsinə baş çəkdi, haggis piroqu yedi və İrn Bru içdi. Bu axşam bizim hamımızın dadacağı bir çox ləzzətli Britaniya yeməkləri var.

Keçən il ərzində Britaniya Səfirliyi Böyük Britaniya şirkətlərinə qeyri-enerji sektorlarında iki yüz milyon funt sterlinq dəyərindən çox sövdələşmələr əldə etməyə kömək etmişdir. Bu müqavilələr pərakəndə satış, dənizçilik, texnologiya, minaların təmizlənməsi, kənd təsərrüfatı və səhiyyə də daxil olmaqla bir çox sahəni əhatə edib.

Bu il biz, bərpa edilmiş ərazilərdə minaların təmizlənməsinə ayrılan Böyük Britaniya maliyyə dəstəyinin bir milyon funt-sterlinqini keçdik. Və bu il Böyük Britaniya təlimçiləri vasitəsilə Azərbaycan Müdafiə Nazirliyinin iyirmi iki üzvünə ilk dəfə olaraq Partlayıcı Təhlükələrdən Məlumatlılıq üzrə təlim keçirilib.

Bu il Səfirlik, Azərbaycan Gömrük və Türkiyə Gömrük təşkilatları arasında ilk üçtərəfli əməkdaşlığını başlatmışdır. Əməkdaşlığın məqsədi beynəlxalq sərhədlər üzərindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır. [Wave to State Customs Service guests]

May ayında, Böyük Britaniya, həmçinin Ukraynanın əvəzinə iyirmi birinci əsrin ilkAvroviziya Mahnı Müsabiqəsinə Liverpulda ev sahibliyi etdi. Təəssüf ki, Böyük Britaniya, də Azərbaycan birinci yeri tuta bilmədi – isveçə təbriklər!

Baxmayaraq ki, Tural və Turan öz mahnılarını yazan və ifa edən ilk azərbaycanlı müğənnilər idi. Tezliklə eşidəcəksiniz.

Hələ də səbirsizliklə gözlədiyimiz bəzi ilklər 

 

var – məsələn, Azərbaycanın Qadınlar, Sülh və Təhlükəsizlik üzrə ilk Milli Fəaliyyət Planını qəbul etməsi.

Bu il ilk Böyük Britaniya gənc səfiri müsabiqəsini keçirtdik və müsabiqənin qalibi Cahan Ağayeva ilə bir gün keçirtmək mənə çox xoş idi.

Görmək istəmədiyimiz bəzi ilklər də, oldu – ən əsası Rusiyanın Ukraynaya qanunsuz və vəhşicəsinə təcavüzünün birinci ildönümü. Amma sevindim ki, Prezident Əliyev və Zelenski işğaldan sonra ilk dəfə bu ay Kişinyovda görüşə bildilər. Xarici İşlər Naziri Bayramovun dünən və bu gün Londonda Ukraynanın Bərpası Konfransında iştirak etməsi də sevindirici haldır. Azərbaycanın İrpin şəhərinin bərpasına ayırdığı yardıma görə təşəkkür edirik.

 

 

Pərviz Həşimli

Gununsesi.info