
Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində bu gün Vaşinqtonda məsləhətləşmə görüşü keçiriləcək.
Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər nazirinin müavini Burak Akçaparın rəhbərlik etdiyi qurumlararası nümayəndə heyətinin ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland və ABŞ-ın yüksək səviyyəli rəsmiləri arasında məsləhətləşmə görüşünün keçiriləcəyi bildirilib.
“Məsləhətləşmələrdə ikitərəfli münasibətlərlə yanaşı, regional problemlər və beynəlxalq hadisələrin də müzakirə ediləcəyi nəzərdə tutulur”, – deyə məlumatda bildirilir.
Türkiyə Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken iyunun 21-də İngiltərənin paytaxtı Londonda görüşmüşlər.
Qeyd edək ki, Türkiyə-ABŞ Strateji Mexanizmi Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında 2022-ci ilin oktyabrında İtaliyanın paytaxtı Romada əldə edilmiş razılaşmaya əsasən, 4 aprel 2022-ci ildə Ankarada işə salınmışdır.
Tərcümə
Şəbnəm
Gununsesi.info