
“Vaqner” muzdlu qruplaşmasının qiyamından sonra görünməyən rus generalı Sergey Surovikini əks etdirən yeni foto yayılıb.
Gununsesi.info Reuters- a istinadən xəbər verir ki, sentyabrın 4-də yayılan fotoya Rusiyanın media simalaırndan olan Kseniya Sobçak həmin şəkilə şərh yazıb, fotonun sentyabrın 4-də çəkildiyini deyib:
“Generalı Sergey Surovikin bayırdadır, sağdır, sağlamdır, Moskvada evində ailəsi ilə birlikdədir”.
Agentlik şəklin yerini və tarixini dəqiqləşdirə bilmədiyini deyir.
Bu ilin avqustunda dövlət xəbər agentliyi “RIA Novosti” yazıb ki, General Sergey Surovikinin Rusiya Aerokosmik Qüvvələrin komandanı vəzifəsindən kənarlaşdırılıb, müvəqqəti olaraq General Viktor Aflazov əvəzləyəcək.
Sergey Surovikin 23 iyun qiyamından üzü bəri ictimaiyyət arasında görünməyib.
Surovikin Rusiyanın Suriya müharibəsinə müdaxilə vaxtı komandanlığına görə “General Armageddon” kimi tanınır.
Şəbnəm
Gununsesi.info