Qubad İbadoğlunun qohumlarına xaricə səyahət qadağası qoyulub

Hazırda həbsdə olan ADR Partiyasının lideri, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına məhdudiyyət qoyulub.

Gununsesi.info bildirir ki, bu barədə partiya sədrinin qardaşı Qalib Toğrul açıqlama yayıb:

“45 gündür saxta ittihamlarla həbsdə saxlanılan professor Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına qadağa qoyulub. Qadağa təkcə Bayramovlara deyil, digər soyaddan olan qohumlarımıza da tətbiq olunub.

Qanunvericiliyə görə ölkədən çıxış qadağası məhkəmə qərarı ilə həyata keçirilə və yalnız adı cinayət işində təqsirləndirilən şəxs qismində keçənlərə qoyula bilər.

Halbuki, Qubad müəllimə qarşı uydurulmuş qurama cinayət işində hansısa qardaşının və ya qohumunun adı heç şahid qismində də keçmir”.

Şəbnəm
Gununsesi.info