Vahid Ələkbərov 5 milyardına görə Putinə üz tutdu

Milyarder Vahid Ələkbərova məxsus Rusiyanın ikinci ən böyük neft şirkəti olan “Lukoyl” ölkənin xaricdə toplanmış milyardlarla dollarını çıxarmaq üçün səlahiyyətli orqanlara müraciət edib.

Gununsesi.info rus mediasına istinadən xəbər verir ki “Lukoyl” bu pulu öz səhmlərini xarici investorlardan geri almaq üçün xərcləmək istəyir.

Maliyyə nazirinin müavini Aleksey Moiseev bildirib ki, onun ərizəsi birbaşa prezident administrasiyasına gedib və qərarı məhz administrasiya verəcək.

“Bütün bunlar prezidentin qərarıdır” dedi: sövdələşmələrə birbaşa Kreml baxır və onlar Vladimir Putinə məruzə olunur”.

Analitiklərinin hesablamalara görə, Lukoil tərəfindən səhmlərin alınması təxminən 5 milyard dollara başa gələcək.

Qeyd edək ki, baş nazirin müavini Aleksandr Novakın sözlərinə görə, oxşar tələblərlə hökumətə müraciət edən digər neft-qaz şirkətlərini də nəzərə alsaq, ekspertlər hesab edirlər ki, bu məbləğ 10 milyard dollara çata bilər.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info