Prezident Rəisinin İran iqtisadiyyatı ilə bağlı bğyük yalanları

  • By arzu
  • 05 Sentyabr 2023 11:20

İran Prezidenti İbrahim Rəisi keçirdiyi mətbuat toplantısında yalanları ilə rekordlar qırıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rəisi iqtisadi göstəricilər və inflyasiya ilə bağlı çıxışında gerçəkləri əks etdirməyən cümlələr qurub.

İqtisadçılar və rejimin mütəxəssisləri iqtisadi təməllərin dağılması mövzusunda xəbərdarlıqlar edərkən, ictimai rəy çöküşü ilə ən qaranlıq dönəmini yaşayır.

Emalat artımının 6%, 103% istehsal inflyasiyasının 30 % olduğunu, makina emalındakı inflyasiyanın 19%-ə endiyini vurğulayıb.

Rəisi öz nitqində iqtisadi göstəricilərin hər sahədə böyüdüyünü və irəlilədiyini iddia edib.

Bir çox adamn narahatlıq keçirdiyi işsizlik faizlərinin 8,2 olduğunu deyən İbrahim Rəisi bir məhsulun belə qiymətinin düşməsi və ya sabit qalması ilə bağlı bir əsaslandırma edə bilməyib.

Dövlət mediasının yayımladığı bilgilərlə rejimin qurumları tərəfindən təhrif edilən stratistikalar tam tərs gəlir.

Dövlət tərəfindən işlədilən “Etamed” online tərəfindən hazırlanan infoqrafiyada hesabat verilir ki, 12 təməl məhsul bahalaşıb:

Qəfəs heyvanları 203, ət 318, yemək yağı 328, makaron 283, şəkər 253, yoqurt 307 və yumurta isə 161 % bahalaşıb.

Rəisi çıxışında su və elektrik probleminin həll edildiyini iddia etsə də, bir çox kəndlər susuzluqdan əziyyət çəkir.

Prezident Rəisi çıxışında dəfələrlə ümid və barışıqdan bəhs edib.

“Universitetlərin elmmi mühitinin zəmanət altına alınması planı ilə bağlı suala Rəisi ritorik və ikiüzlü ümumiləşdirmələrlə cavab verib.

Bildirib ki, bilim və bilgi mühitinin qorunması, elm və bilginin təşfiq edilməsinin universitetlərdə barışığın təmin edilməsinə bağlıdır.

“Bir neçə adam universitetdə nizamı pozmağa çalışırsa, universitetin buna imkan verməməsi gərəkdir”, – deyə Rəisi söyləyib.

İbrahim Rəisi gerçəkləri nə qədər tərsinə çevirməyə çalışsa da, bütün bu tərs çevirmələr çarəsizliyin və yaxınlaşan devrilmə qorxusunun işarəsindən başqa bir şey deyil.

 

Tərcümə: Arzu

Gununsesi.info