
Vagnerin Afrika və Yaxın Şərqdəki bütün əməliyyatları Rusiya Müdafiə Nazirliyinin nəzarəti altına keçəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, Müdafiə Nazirliyinə bağlı podratçı təşkilat bundan sonra Mərkəzi Afrika Respublikasında layihələri idarə edəcək. İdarəetmədə isə kimin rəhbərlik edəcəyi hələki bilinmir.
Afrika dövlət başçısının baş müşaviri Fidel Quandjika rəhbərlik dəyişikliyini “prezident Putinin mesajı” adlandırıb.
İndi Mərkəzi Afrika Respublikasında 2000-ə yaxın “Vaqneritlər” var. Onlar prezidenti dəstəkləyərək, böyük bir qızıl mədəninə nəzarət edirlər.
Eyni zamanda Rusiya Müdafiə Nazirliyi Yaxın Şərqdə də təsirini artırmağa çalışır. Məsələn, Liviyada Afrikada olduğu kimi təxminən eyni “Vaqneritlər” kontingenti var . Onlar da orada böyük enerji obyektlərini mühafizə edirlər.
Bildirilir ki, Priqojinin qəfil ölümündən sonra prezident Vladimir Putin bütün muzdlulardan Rusiya dövlətinə sədaqət andı içməyi tələb edən fərman imzalayıb.
Priqojinin ölümündən bir neçə həftə əvvəl onun ÇVK (özəl hərbi şirkət)-sı Müdafiə Nazirliyinin güclü təzyiqi ilə üzləşib.
Məlumata görə, Putinin Afrikanın vaqnerçilərlə qalacağına dair verdiyi zəmanətə baxmayaraq, muzdlulara Rusiya hərbi nəqliyyat təyyarələrindən istifadə qadağan edilib.
Həmçinin Kreml Suriya rəhbərliyindən onlar üçün “Xmeymim” aviabazasını bağlamağı xahiş edib.
Bütün bunlar da, onlarda mövcud vəziyyət ilə bağlı problemlər yaranmışdır.
Qeyd edək ki, Priqojin Moskvaya son səfərində məhz bu problemləri həll etmək üçün getmişdir.
Tərcümə
Şəbnəm
Gununsesi.info