Ukraynada həbs edilən casus generalın əsas hədəfi daxili işlər naziri olub

Ukraynada həbs edilən casus generalın əsas hədəfi daxili işlər naziri olub

Ukraynada Rusiyaya casusluq edən generalın, çeçen mücahid Adəm Osmayevdən başqa, ölkənin yüksək rütbəli vəzifəli şəxslərini də aradan götürmək planı ortaya çıxıb.

Gununsesi.org Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Anton Geraşşenko məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru Valeri Şaytanovun əsl hədəfi əslində daxili işlər naziri Arsen Avakovmuş.

A.Geraşşenko bundan öncə də A.Aavakova qarşı sui-qəsdlər təşkil olunduğunu xatırladaraq xüsusi xidmət orqanlarının əməkdaşlarına gördükləri iş üçün təşəkkür edib.

Daxili işlər nazirinin müavini general Şaytanovun tez-tez xarici ezamiyyət adı altında Rusiya FTX-nin agentləri ilə görüşdüyü, onun bu kontaktlarının Avropa və ABŞ kəşfiyyyatı tərəfindən izlənildiyini və onların da ukraynalı həmkarlarını məlumatlandırdığını söyləyib.

Anton Geraşşenko Valeri Şaytanovun vaxtilə əsirləri dəyişdirmək adı altında Rusiyanın agentlərinin yenidən geri qayıtmasına şərait yaratdığını vurğulayıb.

“Bunlardan biri də mənə sui-qəsd təşkil edənlərdən Dmitri Yakub adlı şəxsdir. Bu adam 1978-ci ildə Krımda anadan olub və 3 ildir Uraynada, Lukyanov təcridxanasında saxlanılırdı”, – deyə o qeyd edib.

Xatırladaq ki, Kiyev şəhərinin Şevçenko rayon məhkəməsi general-mayor Valeri Şaytanovun vətənə xəyanət maddəsi ilə həbsinə qərar verib.

V.Şaytanov vaxtilə Ukryana Təhlükəsilzik Xidmətinin “A” xüsusi əməliyyatlar mərkəzinin rəhbərliyində olub. Onun Rusiya kəşfiyyatındakı təmasda olduğu agent “Bobıl” ləqəbli, polkovnik İqor Yeqorovdur.

 

 

 

Gununsesi.org

COMMENTS