Nigeriyada prezident administrasiyasının rəhbəri Mallam Abba Kiari koronavirusdan dünyasını dəyişib.
Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Qarba Şehu “Twitter” hesabında yazıb.
O, qeyd edib ki, Mallam Abba Kiarin koronavirusla bağlı testi müsbət nəticə vermişdi və o, müalicə alırdı.
Qeyd edək ki, ölkədə 497 nəfər koronavirusa yoluxub, 17 nəfər dünyasını dəyişib.
COMMENTS