Dünya üzrə koronavirusa yoluxanların sayı 2 milyon 200 mini keçib.
Gununsesi.org worldometer.info-ya istinadən xəbər verir ki, hazırda ümumi yoluxanların sayı 2 milyon 227 min 630 nəfərdir. 150 min 623 nəfər isə dünyasını dəyişib. 563 min 771 xəstə sağalıb. Ən çox yoluxma faktı ABŞ (685 min 541), İspaniya (188 min 68), İtaliya (172 min 434), Fransa (165 min 27), Almaniya (138 min 456) və Böyük Britaniyada (108 min 692) qeydə alınıb.
Pandemiyanın meydana çıxdığı Çində isə yoluxanların sayı 82 min 692 nəfərdir.
Gununsesi.org
COMMENTS