Koronavirusdan ölən həkim ADR Hərəkatının üzvü imiş

Koronavirusdan ölən həkim ADR Hərəkatının üzvü imiş

Koronavirus pandemiyası ilə mübarizə aparan həkimlərimizdən biri vəfat edib.
ADR Hərəkatının sədri Qubad İbadoğlunun bildirdiyinə görə, həkim Zakir Xəlilov onun təşkilatının üzvü olub:
“ADR Hərəkatının həkim üzvü koronavirusdan vəfat edib. İnsanlığın ən böyük sınaqlardan biri ilə üz-üzə qaldığı bu ağır günlərdə ölkəmizin fədakar tibb işçilərindən biri Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvü Zakir Xəlilov dünyasını dəyişib. Zakir bəy bəşəriyyətin mövcudluğunu təhdid edən koronavirus pandemiyası ilə mübarizə edirdi. Hazırkı döyüşün ön sıralarında yer almışdı. Zakir həkim bizim üçün öz sağlamlığını, həyatını təhlükəyə ataraq gözəgörünməz düşmənlə savaşırdı. Özü bu mübarizədə qəhrəmancasına həlak oldu.
ADR Hərəkatı adından ailəsinə, əzizlərinə və dostlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət etsin”!

Gununsesi.org 

COMMENTS