Rusiyada infeksiyaya məruz qalanların əksəriyyəti 60 yaşdan aşağıdır

Rusiyada infeksiyaya məruz qalanların əksəriyyəti 60 yaşdan aşağıdır

Rusiyada koronavirusa yoluxanların 80%-nin (təxminən 32 min) yaşı 60-dan aşağıdır.
Gununsesi.org yerli agentliklərə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Federal istehlakçıların hüquqlarının müdafiə xidmətinin (Rospotrebnadzor) rəhbəri Anna Pavlova bəyan edib.
Onun sözlərinə görə, ölkədə epidemiyadan ən az zərər görən uşaqlardır. İnfeksyalı azyaşlıların say nisbəti ümumilikdə 5% təşkil edir.
Rusiya rəsmisi Qərbi Avropadan fərqli olaraq xəstələnənlərin 60 yaşdan aşağı olması probleminə diqqət çəkərək, bu rəqəmin əslində qoca insanların qorunma səviyyəsini nümayiş etdirildiyini deiyb.
“Qocalar (yəni 60 yaşdan yuxarı olanlar) karanitn rejiminə riayət etdikləri üçün az xəstələnirlər. Lakin evdə oturmayıb özünü təcrid etməyənlər üçün eyni sözü demək olmur,”-deyə A.Pavlova bildirib.
Bu arada populyar teleaparıcı Yelena Malışevanın epidemiya bağlı sylədikləri təpki çəkib. Belə ki, aparıcı koronavirusu “möcüzələrin möcüzəsi” adlandırıb.
Y.Malışeva bu deyimini virusun “uşaqlara az bulaşma xüsusiyyəti”ilə izah edib.
Məsələn, pandemiyanın ən böyük ocaqları sayılan Çin, ABŞ və İtaliya kimi ölkələrdə 10 yaşdan az uşaq ölümü qeydə alınmayıb. Bundan başqa ABŞ-da 20 yaşdan aşağı insanların koronavirus səbəbindən reanimasiyaya düşməsi barədə heç bir məlumat yoxdur.
“Yəni gənc insanlar əslində xəstəliyi yüngül keçirirlər. 18 yaşdan aşağı olanlar isə heç xəstələnmirlər. Bunun özü möcüzə deyilmi”,-deyə rusiyalı teleulduz bildirib.

COMMENTS