Yeni spiker Milli Məclis aparatını buraxdı

Yeni spiker Milli Məclis aparatını buraxdı

“Azərbaycan parlamentinin Aparatı buraxılıb”.

Gununsesi.org xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, Aparatın yeni strukturu formalaşana qədər əvvəlki əməkdaşlar işlərini davam etdirəcəklər.

Qeyd edək ki, bu ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası olub. Toplantıda parlamentin yeni rəhbərliyi formalaşdırılıb. Sahibə Qafarova 116 səslə Milli Məclisin sədri seçilib.

Gununsesi.org 

COMMENTS