
Ukrayna polisi Xerson vilayətinin “Velyki Kopani” topdansatış bazarında qanunsuz miqrantlara qarşı reyd keçirib.
Gununsesi. info Ukrayna KİV-nə istinadən xəbər verir ki, “Miqrant” adlı əməliyyat zamanı 9 nəfər saxlanılıb. Onlar Azərbaycan vətəndaşlarıdır.
Xerson polis idarəsinin məlumatına görə, saxlanılanlar haqqında inzibati cərimə nəzərdə tutulub və onlar deportasiya olunacaqlar.
Gununsesi. info