Gununsesi.info bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda ötən prosesdə vəkillər tərəfindən təqsirləndirilən şəxs Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq, məhkəmə zalında əyləşməsi ilə bağlı vəsatəti məhkəmə təmin edib.
Vəkil Cavad Cavadov təqsirləndirilən şəxsin səhhətində yaranmış problemlərlə bağlı həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət verib. Daha sonra Eldar Həsənov məhkəməyə səhhətinin kəskin pisləşməsini bildirib. Bundan sonra Eldar Həsənov məhkəmənin jurnalistlərə qapalı keçirilməsi barədə vəsatət verib.
Vəsatətlər məhkəmə tərəfindən təmin edilməyib.
Daha sonra dövlət ittihamçısı Anar Nəsibov ittiham aktını oxuyub.
Proses davam edir.
Qeyd edək ki, bundan əvvəlki prosesdə Eldar Həsənov ittiham aktına etiraz edərkən bir məqamı qabartmışdı.
O, bildirib ki, açıqlayacağı bəzi faktlar dövlətlərarası qalmaqala səbəb ola bilər.
Sabiq baş prokuror həbsinin siyasi motivli olduğunu deyərək, əlavə edib ki, bir qrupun istəyi ilə həbs edilib.