XİN rəsmisi: “Ermənistan bundan imtina edir”

Ermənistan hər zaman əsir və girovların “hamının hamıya dəyişdirilməsi” prinsipinə qarşı çıxıb.

Gununsesi.info xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O qeyd edib ki, Azərbaycan bütün illər ərzində bütün öhdəlikləri yerinə yetirib:

“Azərbaycan həmişə “hamının-hamıya dəyişirilməsi” prinsipi ilə çıxış edib. Ancaq Ermənistan bundan imtina edir”.