Daxili işlər orqanlarında yeni TƏYİNAT

  • By admin
  • 11 Sentyabr 2021 09:28

Daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.

Gununsesi.info-nun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Hikmət Vəliyev vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə H. Vəliyev Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Gununsesi.info