Daha 2 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

  • By ilhame
  • 10 Sentyabr 2021 20:11

Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Gununsesi. info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, meyitlər Suqovuşan istiqamətində aşkarlanıb.

Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1662-yə çatıb.

Gununsesi.info