
Masallı rayonunun Mahmudavar kəndində bir nəfərin özünü su quyusuna atıb.
Gununsesi. info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN-nin ən yaxın xilasetmə qüvvələri – Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti dərinliyi təqribən 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Gununsesi. info