
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru vəfat edib.
Gununsesi. info xəbər verir ki, Məmmədova Arzu Mövlud qızı koronavirus xəstəliyindən həyatını itirib.
54 yaşlı rejissor AZTV-nin Ədəbi-dram və folklor verilişləri Baş redaksiyasında çalışıb.
Sözügedən redaksiyanın rəhbəri, tanınmış jurnalist Azər Qismət A.Məmmədovanın həyat yoldaşının da koronavirusdan komada olduğunu bildirib.
Gununsesi. info