Ağstafada evdə partlayış oldu - Ölən var

Ağstafada evdə partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.

Kənddə yerləşən fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 1997-ci il təvəllüdlü Elməddin Huseynov ölüb.

İlkin məlumata görə, evdəki partlayışa qaz sızması səbəb olub.

 

 

Gununsesi.info