Koronavirus pandemiyası üzündən dayandırılan İtaliya A seriyasının bərpa və başa çatma günü ilə bağlı növbəti mümkün tarixlər açıqlanıb.
Gununsesi.org-un məlumatına görə, “La Gazzetta dello Sport” nəşri komandaların karantin başa çatdıqdan bir gün sonra məşqlərə başlaya biləcəyini iddia edir.
Bildirilir ki, mayın 4-də hazırlıqlara start verəcək A seriyası təmsilçiləri aprelin 27-də bütün futbolçuları və məşqçilərini testdən keçirməyi planlaşdırır. Bunun üçün klub rəhbərləri müvafiq icazə almalıdır.
Çempionatın qarşılaşmaları isə məşqlər bərpa olunandan 27 gün sonra – mayın 31-də başlaya bilər. Əgər bu plan baş tutsa, çempionat iyulun 12-də yekunlaşacaq.
COMMENTS