Fələstin hakimiyyəti Qəzza zolağından evakuasiyaya qarşıdır

  • By ilhame
  • 19 Oktyabr 2023 23:11

Fələstin Prezidenti Mahmud Abbas Qəzza zolağından fələstinlilərin təxliyəsinə qarşı çıxıb.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller yutubda yayımlanan brifinqdə deyib.

“O, fələstinlilərin öz torpaqlarını tərk etməsini istəmir”, – o bildirib.

Millerin sözlərinə görə, Abbas etirazında tək deyil. Ona bir sıra Yaxın Şərq liderləri də qoşulub.

Gununsesi.info