Azərbaycan neftinin qiyməti 91 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,7 ABŞ dolları, yaxud 1,9% artaraq 91,15 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

Gununsesi.info