Trampın xüsusi nümayəndəsi Avropaya yola düşüb

ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi general Keyt Kelloq Avropaya səfər edib.

Gununsesi.info  xəbər verir ki, o, X (Twitter) səhifəsində bu barədə məlumat paylaşıb.

Kelloq bildirib ki, o, “Prezidentin Ukraynada müharibəni dayandırmaq və Avropada sabitliyi bərpa etmək məqsədinə nail olmaq üçün ABŞ-la əməkdaşlığa hazır olan müttəfiqlər və tərəfdaşlarla görüşmək” üçün Avropaya yola düşüb.

“İşləri sürətlə irəlilətmək üçün məhsuldar görüşləri səbirsizliklə gözləyirəm” – deyə o, əlavə edib.

Kelloqunun fevralın 13-dən 22-dək Almaniya, Belçika və Ukraynaya səfər edəcəyini açıqlanıb.

Bildirilib ki, onun Ukraynada rəsmi şəxslərlə görüşü gözlənilir.

Qeyd edək ki, fevralın 12-də Prezident Zelenski bildirib ki, Trampla gələcək əlaqələr və sülh məsələlərini müzakirə ediblər.

Günay

Gununsesi.info