Trampın yeni hədəfi Təhsil Nazirliyidir: - Mən onun dərhal bağlanmasını istəyirəm

ABŞ prezidenti Donald Tramp təhsil uğurlarına görə dünyada 40-cı, lakin bir şagirdə düşən xərcə görə 1-ci olduqlarını ifadə edərək, “Təhsil Nazirliyinin dərhal bağlanmasını istəyirəm” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qurum işçilərinin hamısının evdən işlədiyi üçün işə gəlmədiyini deyən Tramp, “Bu adamlar işdən çıxarılacaq. Çünki hökumətimizi kiçiltməliyik” deyib.

Tramp həmçinin bildirib:

“Təhsil Departamentində böyük qanun pozuntularına yol verilir” 

O. eyni zamanda vurğulayıb:

“Norveç, Danimarka, İsveç. Bunu deməyə nifrət edirəm, amma nə qədər böyük olsa da, Çin ilk beşlikdədir və bizim əsas rəqibimizdir”

Orxan Saffari

Gununsesi.info