Rus əsgəri komandirinə qəzəblənərək pulemyotla qərargaha basqın edib

Rus əsgəri komandirinə əsəbiləşib və onu hücum bölməsinə keçirməklə hədələdikdən sonra spirtli içki qəbul edib. Dostları ilə içki içən şübhəli daha sonra avtomatla komanda mərkəzinə hücum edib. Burada o, patrul polisinin əməkdaşlarına atəş açıb, kiçik zabiti öldürüb. Ölənlər arasında komandirin olmadığına qəzəblənən əsgər, nəzarətə götürülməzdən əvvəl polkovnik-leytenant, kapitan və sıravi əsgərləri yatarkən güllələyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,  hadisəni törədən serjant Nikita Posmetuxov adlı hərbçi olub.

O, bazar ertəsi hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilib.

Orxan Saffari

Gununsesi.info