Məhkumların dəyişdirilməsi şənbə günü olacaqmı?

İsrail mediası İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşmasından sonra yaranan böhranın həll olunmaq üzrə olduğunu bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail və ABŞ-dan HƏMAS-a qarşı təhdidlər davam edir.

Vasitəçi ölkələr atəşkəs rejiminin pozulmaması üçün danışıqları intensivləşdiriblər.

İsrailin “Yediot Ahronot” qəzeti yazır ki, “Həmas məhbusların azad edilməsini dayandırdığını elan etdikdən sonra məhbus mübadiləsi razılaşması ilə bağlı yaranan böhran həll olunmaq üzrədir”. 

Xəbərdə “HƏMAS-ın israilli məhbusları azad edəcəyi təxmin edilir” və 3 israilli məhbusun 16 fevral şənbə günü azad ediləcəyi gözlənilir.

Qəzet adı açıqlanmayan bir İsrail rəsmisinə istinadən yazıb:

O, ” İsrail və HƏMAS razılaşmanın ilk mərhələsinin sona qədər uğurlu olmasını istəyirlər və HƏMAS razılaşmanı davam etdirməyə hazır olduqlarına dair mesajlar göndərib”
Orxan Saffari