
Almaniyanın Hamburq şəhərində sərnişin qatarı ilə yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, tonlarla çəkisi olan polad relsləri daşıyan yük maşını yükün çox olması səbəbindən həmsəviyyədən vaxtında keçə bilmədiyi üçün azı 250 sərnişini daşıyan qatarla toqquşub.
Qəza nəticəsində 55 yaşlı sərnişin ölüb, 25 nəfər yaralanıb. Qəzada yanğınsöndürmə idarəsi və 103 nəfərdən ibarət təcili yardım briqadası vəzifə yerinə yetirib, yaralılardan bəziləri helikopterlə xəstəxanaya çatdırılıb.
Yük maşını sürücüsü qəsdən adam öldürmə və dəmir yolu hərəkətinə təhlükə törətmək ittihamı ilə saxlanılıb.
Hamburq polisi və federal polis hadisə ilə bağlı araşdırmaya başlayarkən qatar xətti müvəqqəti olaraq nəqliyyata bağlanıb.
Orxan Saffari