Leonardo da Vinçinin çəkdiyi sirli tunellər 500 ildən sonra kəşf edilib

Kodla yazılmış və çaşdırıcı rəsmlərlə dolu Leonardo da Vinçinin dəftərləri maraqlı sirlərlə doludur.

Lakin alimlər böyük rəssamın ən maraqlı rəsmlərindən birinin arxasındakı həqiqəti üzə çıxarıblar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Da Vinçinin təxminən 1495-ci ildə çəkdiyi sirli tunellər Milanda Sforza qalasının altında aşkar edilib.

Bu gizli keçidlərin 13-cü əsrdə inşa edilən qalanın altında niyə tikildiyi dəqiq bilinmir, lakin mütəxəssislər hələ də kəşf ediləcək daha çox tunel ola biləcəyini düşünürlər.

Gizli tunellər şəbəkəsi Milan Politexnik Universitetinin tədqiqatçıları, qala rəsmiləri və Codevintec Italiana mühəndislik firması tərəfindən aşkar edilib.

Bu komanda bütün qalanı rəqəmsal olaraq skan etmək və qeyd etmək üçün yeni bir üsul hazırladı. Bu üsula 500 ildən çox gizli qalan bölmələr də daxildir.

Lazer taraması, GPS və yerə nüfuz edən radardan istifadə etməklə aparılan araşdırmalar nəticəsində tədqiqatçılar da Vinçinin orijinal rəsmlərinə demək olar ki, tam uyğun gələn tunellər aşkar ediblər.

Sforza qalasının tikintisinə 1358-ci ildə başlansa da, o vaxtdan bəri qala dəfələrlə dağıdılıb və yenidən tikilib. Bu gün orijinal quruluşun yalnız altıda biri ayaqda qalır.

1400-cü illərdə orijinal qala dağıdılandan sonra Milan hersoqu Françesko Sforza qalanın xarabalıqları üzərində yeni bir tikilinin inşa edilməsini əmr etdi.

1466-cı ildə Françeskonun ölümündən sonra onun oğlu Ludoviko Sforza layihəni öz üzərinə götürdü və qalanın içini bəzəmək üçün Leonardo da Vinçi də daxil olmaqla, dövrün aparıcı rəssamlarını dəvət etdi.

Orxan Saffari

Gununsesi.info