
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi San Dieqo körfəzinə düşüb. Təyyarədə olan iki pilot qəzadan əvvəl xilas olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Sahil Mühafizəsi pilotların suya çarpdıqdan cəmi bir dəqiqə sonra xilas edildiyini və balıqçı qayığının pilotları sudan çıxararaq ABŞ Gömrük və Sərhəd Mühafizəsi Hava və Dəniz Əməliyyatlarına aid bir gəmiyə daşıdığını bildirib.
Qəzanın səbəbləri hələ müəyyən edilməyib, araşdırmalar davam etdirilir.
Orxan Saffari