
“Parisdə 20-yə yaxın məktəbi terror aktı təhlükəsi ilə bağlı məktublar alıb. Bütün dərslər ləğv edilib, polis məktəblərə baxış keçirsə də hadisə yerindən heç nə tapılamyıb”.
Gununsesi.info xəbər verir ki, bu barədə Le Parisien məlumat yayıb.
Bildirilir ki, təhdid mesajları e-poçt vasitəsilə məktəblərə göndərilib. Mənbənin sözlərinə görə, yazılı təhdidlər “terrorçunun fransızca əla danışdığını və bədənin müxtəlif hissələrinə ölümcül zərbələr endirməsini izah edən” 12 dəqiqəlik video ilə müşayiət olunub.
Özlərini İslam Dövlətinin (İD terror təşkilatı) üzvləri adlandıran bu şəxslər məktubda bütün siniflərə və məktəbə partlayıcı yerləşdirdiklərini və hər yerin tezliklə partlayacağını bildiriblər.
Polis 20 məktəbdə hadisə ilə bağlı istintaqa başlayıb
Qeyd edək ki, ötən həftə İle-de-Frans bölgəsində də otuza yaxın müəssisə oxşar təhlükələrə məruz qalmışdır.
Şəbnəm
Gununsesi.info