
Milli Qəhrəman Çingiz Mustafayevin 63 yaşı münasibətilə hərbi vətənpərvərlik mövzusunda “Ən yaxşı yazı” müsabiqəsi elan edib.
Müsabiqəyə təqdim olunmuş aşağıdakı yazılarda üstünlük veriləcək:
– Materialların nəzərdə tutulan mövzunu dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti.
– Müsabiqəyə 2023-cü il avqustun 27-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
– Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;
– Yazılarda işarə məhdudiyyəti yoxdur.
– Yazıda “Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “Ən yaxşı yazı” müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır.
Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərt deyil.
Müsabiqə üçün yazılar aşağıdakı e-mailə göndərilməlidir:
Təqdimat məktubunda yer almalıdır:
yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı;
yazı təqdim edən şəxsin fotosu;
müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);
yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link.
Müsabiqənin mükafatlandırılma mərasimi avqustun 31-də keçiriləcək.
Əlaqə telefonu: (012) 430 20 66, (050) 222 02 93