
Malidə terror hücumu olub.
Gununsesi.inf0 xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 21 nəfər öldürülüb, 20 adam yaralanıb.
Hadisə Malinin mərkəzi coğrafiyasında olub.
Yerli mətbuatda yazılanlara görə, kimliyi bilinməyən adamlar silahlı hücum ediblər. Olay Malinin Mopti bölgəsinin Yarou kəndində yaşanıb. Silahlılar qarşısındakı adamları güllə-boran ediblər.
Xatırladaq ki, Malinin Niger və Burkina Faso ilə sərhəd bölgələri son illərdə terrir təşkilatı Əl Qaidəyə bağlı qrupların və İŞİD-in hücumlaırna məruz qalır.
Malidə 2013-cü ildən bəri terror hücumları davam etməkdədir.
Tərcümə: Arzu