Terrorçular hərbçilərə hücum etdi: 16 ÖLÜ VAR

  • By admin
  • 25 Avqust 2021 19:35

“Boko Haram” terror təşkilatı Nigerin şimalında yerləşən hərbi obyektə hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Nigerin Müdafiə Nazirliyi məlumat yayıb.

Hücum nəticəsində 16 hərbi qulluqçu öldürülüb, 9 nəfəri yaralanıb.

Nazirlik Qərbi Afrika ölkəsinin Diffa bölgəsində baş verən döyüşlərdə təxminən 50 terrorçunun öldürüldüyünü və xeyli miqdarda silah-sursat ələ keçirildiyini bildirib.