
Ermənistanda təbii qaz bazarında böhran yaşanır.
Gununsesi.info “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, son iki ayda təbii qaz qiymətləri təxminən iki dəfə artıb
İdxalçı şirkətlər bazardakı yanacaq çatışmazlığını qazın idxal edildiyi ölkələrdəki çatışmazlıqla izah edirlər. Sıxılmış təbii qaz Ermənistana Rusiya və İrandan idxal olunur. İyul ayının sonlarında mediada Ermənistan hökumətinin yanacaq tədarükü üçün Qətərlə danışıqlar apardığı bildirildi, lakin hələ heç bir xəbər yoxdur.
“Rusiyada da təbii qaz çatışmazlığı var. Bu, daxili ehtiyaclar üçün yetərli deyil və nəticədə bahalaşıb. Bəzən İrandan alırıq, amma oxşar vəziyyət qonşu ölkədə müşahidə olunur”, – deyə Ermənistanın qaz tədarükçülərindən biri qeyd edib.
Gununsesi.info