Taliban daha bir vilayət mərkəzini ələ keçirdi

Taliban hərəkatı yeni ərazilər ələ keçirməyə davam edir.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma Badaxşan vilayətinin mərkəzi olan Feyzabad şəhərinə də nəzarəti ələ alıb. Beləliklə, qruplaşma 8-ci vilayət mərkəzinə də nəzarət edir.

Hazırda Taliban üzvləri ölkənin ikinci ən böyük şəhəri sayılan Qəndəharı ələ keçirməyə cəhd göstərir.