ÜST: “Koronavirusa yoluxma və ölüm halları azalıb”

  • By ilhame
  • 25 Avqust 2021 20:37

Dünyada koronavirusa yoluxma və ölüm halları avqustun 16-22-i aralığında sabit qalıb.

Gununsesi. info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, 16-22 avqust tarixlərində dünyada 4,5 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 68 mindən çox insan ölüb.

“İyunun 23-dən bəri ilk dəfədir ki, koronavirusla bağlı rəqəmlər sabit qalıb. Bir gün əvvəl, avqustun 24-də iyunun 23-dən bəri ilk dəfə olaraq ölkədə gündə 19 mindən az insan koronavirusa yoluxub”, – Qebreyesus deyib.

Gununsesi. info