
Türkiyəli məşhur aktyor Metin Çekmez dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, 76 yaşlı aktyor bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.
Onun xərçəng xəstəliyindən öldüyü bildirilir.
Qeyd edək ki, Metin Çekmez “Min bir gecə”, “Adını Feriha qoydum” kimi film və seriallarda, eləcə də teatr tamaşalarında rol alıb.