Sabiq prezident: “Krımı geri qaytaracağıq”

“Krımın işğalı Ukraynanın özünü müdafiə etməməsi ucbatından gerçəkləşib”.

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçma deyib.

“Mən deyərdim ki, Rusiyanın Krımla bağlı etdikləri anneksiya yox, işğaldır. İşğal tamamilə fərqli şeydir. Bu, müvəqqətidir və biz onu geri qaytaracağıq. Anneksiyadan yalnız qəzəblənmək olar, amma işğala qarşı mübarizə aparmaq lazımdır”, – deyə eks-prezident bildirib.