Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib

  • By ilhame
  • 07 Aprel 2024 12:39

Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib.

 

Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Boçormi küçəsindəki “Battleground” atıcılıq mərkəzinin yaxınlığında qara tüstü görünüb.

 

Hadisə yerinə polis cəlb olunub. İlkin məlumatlara görə, yaralılar var.

Gununsesi.info