Nizami rayonunda yaşıllıq məhv edilir

  • By ilhame
  • 07 Aprel 2024 13:29

Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 25 ünvanında meyvə ağaclarının qanunsuz şəkildə kəsildiyi bildirilir.

 

Gununsesi.info-nun məlumatına görə, ağacları qurutmaq üçün onların dibində ocaqlar da qalanır.

 

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda Dövlət Ekoliji Təhlükəsizlik Xidmətinin əməkdaşları sözügedən ərazidədirlər və araşdırma aparırlar.

 

 

Gununsesi.info