Tayvandakı zəlzələdə ölənlərin sayı artıb

  • By ilhame
  • 06 Aprel 2024 22:56

Tayvanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb.

 

Gununsesi.info xəbər verir ki, zəlzələdən sonra yaradılan Təcili Yardım Mərkəzinin verdiyi açıqlamaya görə, axtarış-xilasetmə qrupları Hualien şəhərinin şimalındakı Taroko Milli Parkında daha bir nəfərin cəsədini tapıb.

 

Şəxsiyyət vəsiqəsindən onun 21 yaşlı Hu soyadlı qadın olduğu müəyyənləşib.

 

Beləliklə, ölənlərin sayı 13-ə yüksəlib.

 

Rəsmi məlumatlara görə, indiyədək zəlzələ nəticəsində 1145 nəfər xəsarət alıb.

Gununsesi.info