Böyük Britaniyada təyyarələr toqquşub, xəsarət alan yoxdur

  • By ilhame
  • 07 Aprel 2024 09:13

Böyük Britaniyanın Hitrou hava limanında iki təyyarə toqquşub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Bildirilib ki, “Virgin Atlantic 787” təyyarəsi “British Airways Airbus A350”nin qanadına dəyib.

 

Hadisə nəticəsində hər iki təyyarə zədələr alıb. Lakin xəsarət alan şəxslərin olmadığı açıqlanıb.

Gununsesi.info