Qazaxıstanda daşqınlar nəticəsində 4 mindən artıq ev su altında qalıb, 63 mindən çox insan təxliyyə ediliblər -Fotolar

  • By ilhame
  • 07 Aprel 2024 10:51

Qazaxıstanda daşqınlar nəticəsində 4 mindən artıq ev su altında qalıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması şöbəsinin rəhbəri Kaharman Orazalin bildirib.

 

Onun sözlərinə görə, daşqınlarla əlaqədar on rayonda fövqəladə vəziyyət elan edilib və xilasedicilər ölkənin bəzi ərazilərindən 63 mindən çox insanı təxliyə ediblər.

“Aktobe, Kostanay, Pavlodar, Akmola, Atırau və Şimali Qazaxıstan vilayətlərində 3391 fərdi yaşayış binası, 1059 bağ evi, 79 müxtəlif təyinatlı tikili su altında qalıb.Hazırda birgə qüvvələr tərəfindən 63927 nəfər təxliyə edilib”, – deyə Orazalin bildirib.

 

Daşqınlar səbəbindən ölkənin 10 rayonunda: Abay, Akmola, Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan və Ulıtau vilayətlərində yerli fövqəladə vəziyyət elan edilib.

 

Qeyd olunub ki, xilasetmə əməliyyatlarına 8,7 mindən çox insan, 1,7 min texnika və 12 təyyarə cəlb olunub.

Gununsesi.info